Ağdam rayon 18 saylı tam orta məktəb

Ağdam rayon 18 saylı tam orta məktəb

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ağdam rayon 18 saylı tam orta məktəb, Education Website, Agdam rayon Quzanli 689 qəsəbə, Agdam.

Photos from Ağdam rayon 18 saylı tam orta məktəb's post 22/05/2026

22 May 2026-cı il tarixində Ağdam rayon 18 nömrəli tam orta məktəbdə 9A sinif şagirdləri arasında fiziki tərbiyə dərsi çərçivəsində şahmat yarışı keçirildi. Yarışın keçirilməsində əsas məqsəd şagirdlərin məntiqi düşüncə bacarıqlarını inkişaf etdirmək, diqqət və strateji düşünmə qabiliyyətlərini artırmaq olub. Şagirdlər yarışda böyük maraq və fəallıqla iştirak etdilər.

Photos from Ağdam rayon 18 saylı tam orta məktəb's post 22/05/2026

18 May 2026-cı ildə Ağdam rayon 18 nömrəli tam orta məktəbdə şagirdlərin sağlam həyat tərzinə təşviqi və zərərli vərdişlərdən uzaq olmaları məqsədilə növbəti maarifləndirici tədbir keçirilib.Tədbir biologiya müəlliməsi Gülyanaq Umudovanın təşkilatçılığı ilə "Narkomaniyaya yox deyək!" mövzusunda həsr olunub.
Tədbirdə şagirdlərə narkomaniyanın zərərləri haqqında məlumat verilib, sağlam həyat tərzinin əhəmiyyəti vurğulanıb.
Məktəb olaraq gənc nəslin sağlam, savadlı və faydalı vətəndaş kimi formalaşmasına yönəlmiş maarifləndirici tədbirlərin keçirilməsi davam etdiriləcək.

20/05/2026

Ağdam rayon 18 nömrəli tam orta məktəbdə ənənəvi "Oxu dəqiqəsi" yenidən təşkil olundu.
Keçirilən oxu saatında şagirdlər sevdikləri kitab və hekayaləri oxuyaraq həm mütaliə bacarıqlarını nümayiş etdirdilər, həm də maraqlı fikirlərini bölüşdülər. Tədbirin əsas məqsədi şagirdlərdə kitab oxumağa marağı artırmaq, onların söz ehtiyatını və dünyagörüşünü daha da zənginləşdirmək olub.
Şagirdlərin fəal iştirakı ilə yadda qalan "Oxu dəqiqəsi" bir daha göstərdi ki, kitab uşaqların ən yaxın dostu və bilik mənbəyidir.

Photos from Ağdam rayon 18 saylı tam orta məktəb's post 20/05/2026

15 May 2026-cı ildə Ağdam rayon 18 nömrəli tam orta məktəbdə "Öyrətmə və öyrənmənin keyfiyyəti" mövzusunda 7a sinfinin valideynləri üçün seminar keçirilmişdir. Seminar zamanı şagirdlərin təlim-tərbiyəsi,məktəb-valideyn əməkdaşlığının əhəmiyyəti, uşaqların dərsə davamiyyəti və psixoloji inkişafı ilə bağlı geniş müzakirələr aparılıb.
Məktəbin direktoru Sürəyya Bayramova, Təlim-tərbiyə işlər üzrə direktor müavini Nəsibova Vüsalə, sinif rəhbəri Fərəcova Leyla valideynlərlə daim sıx əlaqənin vacibliyini vurğulamış, şagirdlərin uğurlu gələcəyində ailə və məktəbin birgə rolundan bəhs etmişlər.Seminar iştirakçiların marağı ilə qarşılanıb, onları maraqlandıran suallar cavablandırılıb.
Sonda valideynlərə təşəkkür edilib, övladlarımızın daha yaxşı təhsil alması üçün birgə əməkdaşlığın davam etdirəcəyi bildirilib.

Photos from Ağdam rayon 18 saylı tam orta məktəb's post 14/05/2026

Bu gün məktəbimizdə böyük Azərbaycan şairi və mütəfəkkiri Xəqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə şagirdlər tərəfindən şairin həyat və yaradıcılığı haqqında məlumatlar təqdim edilmiş, şeirləri səsləndirilmiş və maraqlı çıxışlar nümayiş olunmuşdur. Məktəbimizin Azərbaycan dili və Ədəbiyyat müəllimi Bağırova Arzu çıxış edərək Xəqani Şirvaninin Azərbaycan ədəbiyyatındakı mühüm yerindən, zəngin yaradıcılığından və gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında klassik ədəbiyyatın rolundan bəhs etmişdir.
Yubiley tədbirinin keçirilməsində əsas məqsəd şagirdlərdə milli ədəbiyyatımıza, klassik irsimizə və görkəmli söz ustadlarının yaradıcılığına marağın artırılması olmuşdur.
Tədbirin təşkilində əməyi olan müəllim və şagirdlərə təşəkkür edir, bütün iştirakçılara uğurlar arzulayırıq.

Photos from Ağdam rayon 18 saylı tam orta məktəb's post 08/05/2026

08.05.2026-cı il tarixində Ağdam rayon 18 nömrəli tam orta məktəbdə Ümummilli Liderin 103 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə şagirdlər tərəfindən şeirlər səsləndirilmiş, çıxışlar edilmiş və Ulu Öndərin həyat və fəaliyyətindən bəhs olunmuşdur.
Tədbirin keçirilməsində məqsəd gənc nəslə vətənpərvərlik ruhunun aşılanması və dahi şəxsiyyətin zəngin irsinin tanıdılması olmuşdur.

05/05/2026

Azərbaycan–Ukrayna münasibətləri strateji tərəfdaşlıq, qarşılıqlı dəstək və çoxşaxəli əməkdaşlıq əsasında dinamik şəkildə inkişaf edir

Ukrayna ilə münasibətlər müstəqillik dövrü Azərbaycanının xarici siyasət strategiyasında xüsusi əhəmiyyətə malikdir. Bu münasibətlər dövrün və zamanın sınağından çıxmaqla, geniş məzmun və diapazon qazanıb. Ölkəmiz hər zaman mövcud trayektoriyaya sadiq qalaraq, əlaqələrin inkişafı naminə böyük səylər göstərib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Prezident Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini və əməkdaşlığın müxtəlif istiqamətlər üzrə uğurla davam etdiyini vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, dövlət başçıları arasında görüşlər artıq müntəzəm xarakter alıb. Son dörd il ərzində keçirilən yeddi görüş iki ölkə arasında dialoqun intensivliyini göstərir. Bu görüşlərin əksəriyyəti beynəlxalq təşkilatların tədbirləri çərçivəsində baş tutsa da, ikitərəfli əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb. Dövlət başçısı xatırladıb ki, Prezident Zelenskinin Azərbaycana ilk səfəri 2019-cu ildə baş tutub və məhz həmin vaxtdan etibarən şəxsi münasibətlər də formalaşaraq bu günədək uğurla inkişaf edir. Eyni zamanda, İlham Əliyev 2022-ci ilin yanvarında Kiyevə etdiyi səfəri də xüsusi qeyd edərək bildirib ki, həmin görüşlər və sonrakı təmaslar Ukrayna–Azərbaycan münasibətlərinin daha yüksək səviyyəyə qalxmasına təkan verib. Prezident vurğulayıb ki, iki ölkə arasında əməkdaşlıq güclü siyasi və hüquqi baza üzərində qurulub. 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlıq sənədləri bu münasibətlərin əsasını təşkil edir. Həmin sənədlərdə qarşılıqlı olaraq ərazi bütövlüyünün, suverenliyin və sərhədlərin toxunulmazlığının dəstəklənməsi prinsipləri öz əksini tapıb. Azərbaycan və Ukrayna beynəlxalq təşkilatlar çərçivəsində də daim bir-birinin mövqeyini müdafiə edir və bu həmrəylik gələcəkdə də davam etdiriləcək. Ötən il ərzində də münasibətlərin inkişafına xidmət edən mühüm addımlar atılıb. Bakıda Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr keçirilib, həmçinin Hökumətlərarası Komissiyanın iclası baş tutub. Görüş zamanı bu tədbirlərin növbəti mərhələdə Ukraynada keçirilməsi məsələsi də müzakirə edilib. Prezident İlham Əliyev qeyd edib ki, bu gün aparılan danışıqlar bir daha göstərir ki, tərəflər bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edir və bu əməkdaşlıq davamlı xarakter daşıyır. Energetika sahəsi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi xüsusi vurğulanıb. Dövlət başçısı bildirib ki, SOCAR uzun illərdir Ukraynada uğurla fəaliyyət göstərir və bu sahədə artıq mühüm nəticələr əldə olunub. Bununla yanaşı, gələcək üçün də geniş perspektivlər mövcuddur. Birgə layihələr, investisiya imkanları və təşəbbüslər müzakirə olunub. Ticarət dövriyyəsinin artıq yarım milyard dolları keçdiyini qeyd edən Prezident İlham Əliyev bunun gələcəkdə daha da artacağına əminliyini ifadə edib. Bəyanatda hərbi-texniki əməkdaşlıq məsələlərinə də toxunulub. İlham Əliyev bildirib ki, həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və bu sahədə birgə istehsal imkanları kifayət qədər genişdir. Tərəflər yalnız müdafiə sənayesi deyil, ümumilikdə sənaye sahəsində də əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Sonda Prezident İlham Əliyev qeyd edib ki, son illərdə dövlət başçıları səviyyəsində keçirilən çoxsaylı görüşlər, o cümlədən iki ay əvvəl Münxendə baş tutan son görüş, əlaqələrin dinamik inkişafının göstəricisidir. O vurğulayıb ki, Azərbaycan və Ukrayna münasibətləri qarşılıqlı hörmət və maraqların təmin edilməsi prinsiplərinə əsaslanır. Prezident əminliyini ifadə edib ki, Prezident Zelenskinin bu səfəri iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verəcək.Azərbaycan–Ukrayna münasibətləri strateji tərəfdaşlıq, qarşılıqlı dəstək və çoxşaxəli əməkdaşlıq əsasında dinamik şəkildə inkişaf edir.

Azərbaycan–Ukrayna münasibətləri strateji tərəfdaşlıq, qarşılıqlı dəstək və çoxşaxəli əməkdaşlıq əsasında dinamik şəkildə inkişaf edir

Ukrayna ilə münasibətlər müstəqillik dövrü Azərbaycanının xarici siyasət strategiyasında xüsusi əhəmiyyətə malikdir. Bu münasibətlər dövrün və zamanın sınağından çıxmaqla, geniş məzmun və diapazon qazanıb. Ölkəmiz hər zaman mövcud trayektoriyaya sadiq qalaraq, əlaqələrin inkişafı naminə böyük səylər göstərib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Prezident Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini və əməkdaşlığın müxtəlif istiqamətlər üzrə uğurla davam etdiyini vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, dövlət başçıları arasında görüşlər artıq müntəzəm xarakter alıb. Son dörd il ərzində keçirilən yeddi görüş iki ölkə arasında dialoqun intensivliyini göstərir. Bu görüşlərin əksəriyyəti beynəlxalq təşkilatların tədbirləri çərçivəsində baş tutsa da, ikitərəfli əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb. Dövlət başçısı xatırladıb ki, Prezident Zelenskinin Azərbaycana ilk səfəri 2019-cu ildə baş tutub və məhz həmin vaxtdan etibarən şəxsi münasibətlər də formalaşaraq bu günədək uğurla inkişaf edir. Eyni zamanda, İlham Əliyev 2022-ci ilin yanvarında Kiyevə etdiyi səfəri də xüsusi qeyd edərək bildirib ki, həmin görüşlər və sonrakı təmaslar Ukrayna–Azərbaycan münasibətlərinin daha yüksək səviyyəyə qalxmasına təkan verib. Prezident vurğulayıb ki, iki ölkə arasında əməkdaşlıq güclü siyasi və hüquqi baza üzərində qurulub. 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlıq sənədləri bu münasibətlərin əsasını təşkil edir. Həmin sənədlərdə qarşılıqlı olaraq ərazi bütövlüyünün, suverenliyin və sərhədlərin toxunulmazlığının dəstəklənməsi prinsipləri öz əksini tapıb. Azərbaycan və Ukrayna beynəlxalq təşkilatlar çərçivəsində də daim bir-birinin mövqeyini müdafiə edir və bu həmrəylik gələcəkdə də davam etdiriləcək. Ötən il ərzində də münasibətlərin inkişafına xidmət edən mühüm addımlar atılıb. Bakıda Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr keçirilib, həmçinin Hökumətlərarası Komissiyanın iclası baş tutub. Görüş zamanı bu tədbirlərin növbəti mərhələdə Ukraynada keçirilməsi məsələsi də müzakirə edilib. Prezident İlham Əliyev qeyd edib ki, bu gün aparılan danışıqlar bir daha göstərir ki, tərəflər bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edir və bu əməkdaşlıq davamlı xarakter daşıyır. Energetika sahəsi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi xüsusi vurğulanıb. Dövlət başçısı bildirib ki, SOCAR uzun illərdir Ukraynada uğurla fəaliyyət göstərir və bu sahədə artıq mühüm nəticələr əldə olunub. Bununla yanaşı, gələcək üçün də geniş perspektivlər mövcuddur. Birgə layihələr, investisiya imkanları və təşəbbüslər müzakirə olunub. Ticarət dövriyyəsinin artıq yarım milyard dolları keçdiyini qeyd edən Prezident İlham Əliyev bunun gələcəkdə daha da artacağına əminliyini ifadə edib. Bəyanatda hərbi-texniki əməkdaşlıq məsələlərinə də toxunulub. İlham Əliyev bildirib ki, həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və bu sahədə birgə istehsal imkanları kifayət qədər genişdir. Tərəflər yalnız müdafiə sənayesi deyil, ümumilikdə sənaye sahəsində də əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Sonda Prezident İlham Əliyev qeyd edib ki, son illərdə dövlət başçıları səviyyəsində keçirilən çoxsaylı görüşlər, o cümlədən iki ay əvvəl Münxendə baş tutan son görüş, əlaqələrin dinamik inkişafının göstəricisidir. O vurğulayıb ki, Azərbaycan və Ukrayna münasibətləri qarşılıqlı hörmət və maraqların təmin edilməsi prinsiplərinə əsaslanır. Prezident əminliyini ifadə edib ki, Prezident Zelenskinin bu səfəri iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verəcək.Azərbaycan–Ukrayna münasibətləri strateji tərəfdaşlıq, qarşılıqlı dəstək və çoxşaxəli əməkdaşlıq əsasında dinamik şəkildə inkişaf edir

Ukrayna ilə münasibətlər müstəqillik dövrü Azərbaycanının xarici siyasət strategiyasında xüsusi əhəmiyyətə malikdir. Bu münasibətlər dövrün və zamanın sınağından çıxmaqla, geniş məzmun və diapazon qazanıb. Ölkəmiz hər zaman mövcud trayektoriyaya sadiq qalaraq, əlaqələrin inkişafı naminə böyük səylər göstərib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Prezident Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini və əməkdaşlığın müxtəlif istiqamətlər üzrə uğurla davam etdiyini vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, dövlət başçıları arasında görüşlər artıq müntəzəm xarakter alıb. Son dörd il ərzində keçirilən yeddi görüş iki ölkə arasında dialoqun intensivliyini göstərir. Bu görüşlərin əksəriyyəti beynəlxalq təşkilatların tədbirləri çərçivəsində baş tutsa da, ikitərəfli əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb. Dövlət başçısı xatırladıb ki, Prezident Zelenskinin Azərbaycana ilk səfəri 2019-cu ildə baş tutub və məhz həmin vaxtdan etibarən şəxsi münasibətlər də formalaşaraq bu günədək uğurla inkişaf edir. Eyni zamanda, İlham Əliyev 2022-ci ilin yanvarında Kiyevə etdiyi səfəri də xüsusi qeyd edərək bildirib ki, həmin görüşlər və sonrakı təmaslar Ukrayna–Azərbaycan münasibətlərinin daha yüksək səviyyəyə qalxmasına təkan verib. Prezident vurğulayıb ki, iki ölkə arasında əməkdaşlıq güclü siyasi və hüquqi baza üzərində qurulub. 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlıq sənədləri bu münasibətlərin əsasını təşkil edir. Həmin sənədlərdə qarşılıqlı olaraq ərazi bütövlüyünün, suverenliyin və sərhədlərin toxunulmazlığının dəstəklənməsi prinsipləri öz əksini tapıb. Azərbaycan və Ukrayna beynəlxalq təşkilatlar çərçivəsində də daim bir-birinin mövqeyini müdafiə edir və bu həmrəylik gələcəkdə də davam etdiriləcək. Ötən il ərzində də münasibətlərin inkişafına xidmət edən mühüm addımlar atılıb. Bakıda Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr keçirilib, həmçinin Hökumətlərarası Komissiyanın iclası baş tutub. Görüş zamanı bu tədbirlərin növbəti mərhələdə Ukraynada keçirilməsi məsələsi də müzakirə edilib. Prezident İlham Əliyev qeyd edib ki, bu gün aparılan danışıqlar bir daha göstərir ki, tərəflər bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edir və bu əməkdaşlıq davamlı xarakter daşıyır. Energetika sahəsi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi xüsusi vurğulanıb. Dövlət başçısı bildirib ki, SOCAR uzun illərdir Ukraynada uğurla fəaliyyət göstərir və bu sahədə artıq mühüm nəticələr əldə olunub. Bununla yanaşı, gələcək üçün də geniş perspektivlər mövcuddur. Birgə layihələr, investisiya imkanları və təşəbbüslər müzakirə olunub. Ticarət dövriyyəsinin artıq yarım milyard dolları keçdiyini qeyd edən Prezident İlham Əliyev bunun gələcəkdə daha da artacağına əminliyini ifadə edib. Bəyanatda hərbi-texniki əməkdaşlıq məsələlərinə də toxunulub. İlham Əliyev bildirib ki, həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və bu sahədə birgə istehsal imkanları kifayət qədər genişdir. Tərəflər yalnız müdafiə sənayesi deyil, ümumilikdə sənaye sahəsində də əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Sonda Prezident İlham Əliyev qeyd edib ki, son illərdə dövlət başçıları səviyyəsində keçirilən çoxsaylı görüşlər, o cümlədən iki ay əvvəl Münxendə baş tutan son görüş, əlaqələrin dinamik inkişafının göstəricisidir. O vurğulayıb ki, Azərbaycan və Ukrayna münasibətləri qarşılıqlı hörmət və maraqların təmin edilməsi prinsiplərinə əsaslanır. Prezident əminliyini ifadə edib ki, Prezident Zelenskinin bu səfəri iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verəcək.

Photos from Ağdam rayon 18 saylı tam orta məktəb's post 01/05/2026

Məktəbimizin şagirdləri "Şahin" hərbi-idman oyunlarında iştirak edərək yüksək fəallıq nümayiş etdiriblər . Gərgin və maraqlı mübarizə şəraitində komandamız 6-cı yerə layiq görülüb.
Şagirdlərimizi təbrik edir, gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq!

Photos from Ağdam rayon 18 saylı tam orta məktəb's post 28/04/2026

17.04.2026-cı il tarixində məktəbimizdə "Şagird dəstəyi və rifahı" mövzusunda valideyn iclası keçirildi. İclas zamanı şagirdlərin psixoloji və sosial rifahı, onların təlimə marağının artırılması və sağlam inkişafı ilə bağlı məsələlər müzakirə olundu. Valideyinləri maraqlandıran suallar cavablandırıldı, məktəb-valideyn əməkdaşlığının önəmi bir daha vurğulandı.

Photos from Ağdam rayon 18 saylı tam orta məktəb's post 24/04/2026

24 Apreldə məktəbimizdə Azərbaycan milli musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyli yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Tədbirdə onun Azərbaycan operasının əsasını qoyması, xüsusilə Leyli və Məcnun operası haqqında şagirdlərə geniş məlumat verilib.
Şagirdlər böyük maraqla iştirak edərək milli musiqi irsimizə bir daha yaxından bələd oldular.

Photos from Ağdam rayon 18 saylı tam orta məktəb's post 24/04/2026

23 Aprel 2026-cı il tarixində Ağdam rayon 18 nömrəli tam orta məktəbin biologiya müəlliməsi Gülyanaq Umudova 10a sinfində Narkomaniyaya qarşı maarifləndirici növbəti tədbirini keçirtmişdir. Tədbirin məqsədi şagirdlər arasında sağlam həyat tərzinin təbliği və zərərli vərdişlərin mənfi təsirləri barədə məlumatlandırmanın artırılması olub.

Want your school to be the top-listed School/college in Agdam?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Agdam Rayon Quzanli 689 Qəsəbə
Agdam
0220