03/04/2026
13 günlük Amerika səfərimizdən unudulmaz anlar 🇺🇸✨
Bu səfər bizim üçün sadəcə ölkə dəyişmək deyil, fərqli mədəniyyətləri tanımaq, yeni dostluqlar qurmaq və ən əsası dünya səviyyəsində özümüzü inkişaf etdirmək imkanı oldu.
Səyahətimizə günəşli və enerjili Miami ilə başladıq 🌴
Daha sonra əyləncə və kreativliyin mərkəzi olan Orlando-da davam etdik 🎢
Ardınca isə xəyalların şəhəri New York bizi qarşıladı — böyük küçələr, fərqli insanlar və sonsuz imkanlar 🗽
Philadelphia-da tarixi atmosferi hiss etdik, Amerika tarixinin izləri ilə tanış olduq 🏛️
Və yenidən New York-a qayıdaraq səfərimizin ən önəmli hissəsinə keçdik 💫
CWMUN çərçivəsində BMT Baş Qərargahında iştirak etmək bizim üçün qürurverici və ilhamverici bir təcrübə oldu 🌍🤝
Burada tələbələrimiz öz biliklərini, çıxış bacarıqlarını və diplomatik yanaşmalarını beynəlxalq səviyyədə nümayiş etdirdilər.
Bu 13 gün ərzində biz sadəcə şəhərlər gəzmədik — biz inkişaf etdik, öyrəndik, dəyişdik və daha böyük hədəflərə bir addım da yaxınlaşdıq 🤍
Sən də bu təcrübənin bir parçası olmaq istəyirsənsə, növbəti layihələrimizdə yerini indi təmin et! 🚀