19/05/2024
18.05.2024 və 19.05.2024-cü il tarixlərində ölkə üzrə bütün ümumtəhsil müəssisələrinin IV və VI siniflərində monitorinq keçirilir.
18.05.2024-cü il tarixində məktəbimizdə IV siniflərin, 19.05.2024-cü il tarixində iə VI siniflərin monitorinq imtahanı keçirilmişdir.
Monitorinq IV sinilərdə tədris dili və riyaziyyat, VI siniflərdə isə tədris dili, riyaziyyat və təbiət fənləri üzrə aparılmışdır. Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinifə keçmələrinə təsir göstərmir. Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.