Tttttt

Tttttt

Share

Hədəf Şirkətlər Qrupu

16/01/2025

🌍 International – World Innovative Student Expo 2025!

✨ Gələcəyin innovatorları burada toplaşır!

💡 Təsəvvür edin! Elm, texnologiya və yaradıcılığın bir araya gəldiyi beynəlxalq səviyyəli tədbirdə tələbələr öz bacarıqlarını nümayiş etdirir, innovativ həllər təqdim edir və texnologiyanın gələcəyini birgə yaradırlar.

International – World Innovative Student Expo 2025 nədir❓
Bu tələbələr arasında STEM, iTECH və Robotika sahələrində bacarıqları inkişaf etdirmək və təqdim etmək üçün nəzərdə tutulmuş bir platformadır. Tədbir tələbələrə yalnız yarışma mühitində deyil, həm də həmyaşıdları və mütəxəssislərlə əlaqə quraraq öyrənmək imkanı təqdim edir.

🎯 Yarışma kateqoriyaları
STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat)
🔬 Biologiya | ⚙️ Mühəndislik | 🧪 Kimya | 📊 Riyaziyyat və daha çox!

iTECH (İnformasiya Texnologiyaları)
🎮 Oyun dizaynı | 🎨 Rəqəmsal incəsənət | 🤖 Süni intellekt və s.

Robotika
🤖 Xətt izləyən robot | 🔍 Labirint həll edən robot | 🤼 Mini və lego sumo

🌟 Sərgi:
Tələbələr öz texnoloji nailiyyətlərini, mühəndislik həllərini və yaradıcı dizaynlarını təqdim edəcəklər.

🎁 Mükafatlar:
Qalibləri medallar, sertifikatlar və xüsusi hədiyyələr gözləyir!

💬 Niyə iştirak etməlisiniz?
STEM və Robotika sahələrinə marağınızı artırın.
Yaradıcı ideyalarınızı nümayiş etdirin.
Gələcəyin texnologiyalarını kəşf edin.
Həmyaşıdlarınız və mütəxəssislərlə əlaqə qurun.
🌟 Siz də iştirak edin və gələcəyin texnologiyasını bizimlə birgə yaradın!

🗓 Tarix: 22-23 fevral
📍 Məkan: Hədəf STEAM Liseyi Masazır filialı (İdman zalı)
🎓 İştirakçılar: 10-24 yaşlı şagird və tələbələr

☎️ Əlavə məlumat:
+994 77 220 03 02

25/12/2024

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik.

17/12/2024

🎄Kitablı Yeni İl Şənliyi!🎄

Yeni il sevincini və kitab sevgisini bir araya gətirən xüsusi bir tədbirə hazırsınızmı?🎅🏼
I Bakı Kitab Festivalı çərçivəsində təşkil olunacaq yeni il şənliyimiz balaca kitabsevərlər üçün unudulmaz anlar bəxş edəcək! ✨📚

Şənlik proqramına daxildir:
🎅🏼 Şaxta baba və Qar qızdan sürpriz hədiyyə
📖 Sehrli suallar və maraqlı oyunlar
🎵 Şeir və musiqili bədii hissə
🗣 Conversation saatı – əylənərək öyrənmə fürsəti
📚 Nağıl saatı – uşaqlar üçün möcüzə dolu anlar
🌟 Master-klas – yaradıcılıq və əyləncə dolu fəaliyyətlər
🎨 Face Art – üz boyama ilə rəngarəng əyləncə

Necə iştirak edə bilərsiniz?
Link vasitəsilə qeydiyyatdan keçin və bileti əldə edin!
📌https://forms.gle/ZU7kVZm3u11fAs5H7

🗓 Tarix: 22 dekabr 2024
⏰ Vaxt: 12:00
📍 Məkan: Bakı İdman Sarayı

Hədiyyələr, əyləncələr və kitab dolu bu yeni il şənliyinə qoşulmağa tələsin! 🤩

Ətraflı məlumat üçün dm və ya 0772209141 nömrəsi ilə əlaqə saxlayın💙

12/12/2024

📢 Qeydiyyata SON 1 GÜN!

Təhsil dünyasının liderləri ilə bir araya gəlməyə tələsin!
14 dekabrda Azərbaycan Dövlət Pedaqoji Universitetində baş tutacaq II Təhsil Menecerləri Forumu üçün qeydiyyat sabah başa çatır.

Bu unikal forumda yerli və xarici spikerlərin təqdimatlarını dinləyərək təhsildə idarəetmə, innovativ yanaşmalar və rəqəmsallaşma barədə dəyərli biliklər əldə edə bilərsiniz. Həmçinin, sektorun qabaqcıl simaları ilə tanış olmaq və peşəkar şəbəkənizi genişləndirmək fürsətini qaçırmayın.

🔸 3 panel
🔸 16 spiker
🔸 Təcrübə mübadiləsi, sertifikat və unudulmaz təəssüratlar!

📌 Təhsil gələcəyimizi birlikdə formalaşdırmağa dəstək olun! Yerlər məhduddur!

🎟 Biletinizi əldə etməyə tələsin!
📌 Qeydiyyat üçün: https://bit.ly/4gP8HsB

💡 İdeal təhsil mühitini birlikdə quraq!

📞 Əlaqə: +994 77 220 44 22

10/12/2024

🔔 Hədəf Beynəlxalaq Məktəbində koordinator vakansiyası!

📚 İş barədə məlumat :
Hadaf İnternational School koordinatoru olaraq siz lisey daxilində mövcud təlim proseslərinin tətbiqi, həmçinin yeni təlim və inkişaf proseslərinin və layihələrinin hazırlanmasında aktiv iştirak edəcəksiniz. Əlavə olaraq bu vəzifədə siz tədris prosesinin mövcud siyasət və prosedurların tətbiqi, analizi və araşdırmalar əsasında yenilənməsini etməklə akademik heyətin effektiv inkişafına dəstək olacaqsınız.

📌 Təhsil və tələb :
• Yaş aralığı: 25-35
• İdarəçilik, iqtisadiyyat və ya müvafiq sahədə təhsil;
• Təqdimat və vizuallaşdırma bacarıqları;
• Azərbaycan dilində səlis və ingilis dilində yüksək səviyyədə bilik ( C1+) ;
• Rəqəmsal alətlərdən istifadə səlisliyi;
• Müvafiq sahə üzrə və ya akademik heyətlə 3 illik iş təcrübəsi mütləqdir.

📈 Vəzifə öhdəlikləri:
• Akademik heyətin inkişafı proqramı üzrə təlim ehtiyaclarını aşkarlamaq, davamlı araşdırmalar etmək, proqram çərçivəsində təlimlərin təşkili və təlim prosesinə nəzarət;
• Təşkil olunan təlimlərin nəticələrini izləmək, analizlərin nəticələrinə uyğun hərəkət etmək;
• Akademik heyət üçün tədris prosesindən kənar tədbirlərinin təşkilində iştirak;
• Sorğuların təşkili və analizi;
• Dərs planlanması prosesində iştirak;
• Akademik heyətlə əlaqəli aylıq, rüblük və illik hesabatların hazırlanması;
• Daxili görüşlərin təşkili, görüş sonrası iş bölgüsünün qeydiyyatı və tətbiqinin izlənməsində iştirak.

📩 Göstərilən tələblərə cavab verən namizədlərdən müraciətin mövzu hissəsinə “Koordinator” qeyd etməklə CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

08/12/2024

🚀 Müəllimlərin və Tələbələrin Nəzərinə!

🎓 27-28 yanvar 2025-ci il tarixlərində təhsil dünyasının ən aktual mövzularından birini əhatə edən “Hədəfdə STEAM – 7” adlı beynəlxalq interaktiv təlim-treninq baş tutacaq!

Niyə iştirak etməlisiniz❓

🌟Bu tədbir:
✅ STEAM əsaslı təhsil modelinin ölkəmizdə tətbiqi təcrübəsini öyrənmək və genişləndirmək imkanı təqdim edir.
✅ Təhsil sahəsində çalışan tanınmış beynəlxalq ekspertləri, tədqiqatçıları və müəllimləri bir araya gətirir.
✅ Müasir təhsil trendləri ilə tanış olmaq və yeni tədqiqatlara ilham almaq üçün unikal platformadır.

Təlim-treninqdə xüsusi qonaqlar:
🌍 Sinqapur, İngiltərə, Türkiyə və Şimali Kiprdən təhsil ekspertləri çıxış edəcəklər!

🧩 Təşkilatçılar: Hədəf Şirkətlər Qrupu
📅 Son qeydiyyat tarixi: 24 yanvar 2025 ⏳ Yerlər məhdud saydadır, biletinizi dərhal əldə edin!

📩 Ətraflı məlumat və qeydiyyat üçün rəy bölməsinə "STEAM7" yazın.
📞 Əlaqə: +994 77 220 44 22

✨ Gələcəyin təhsilinə bugündən addım atın! Bu misilsiz təcrübə fürsətini qaçırmayın! 👩‍🏫👨‍🎓

07/12/2024

📢 Hədəf Beynəlxalq Məktəbi direktor vakansiyası elan edir!

🎓 Tələblər:
• Təhsil sahəsində bakalavr və magistr dərəcəsi (Pedagogika, təhsil idarəçiliyi və ya əlaqəli sahələr üstünlükdür).
• Beynəlxalq təhsil proqramlarına dair biliklər və sertifikatlara malik olmaq.
• Təhsil sahəsində ən azı 5-7 illik iş təcrübəsi.
• Təhsil müəssisəsinin idarə edilməsində 3-5 illik rəhbərlik təcrübəsi.
• Beynəlxalq məktəblərdə və ya Kembric təhsil sistemi ilə işləmə təcrübəsi üstünlükdür.

🍀 Bacarıqlar:
• Böyük komandalara rəhbərlik etmək qabiliyyəti.
• Təhsil mühitində strateji planlaşdırma və qərar qəbul etmə bacarığı.
• Kembric təhsil standartları və kurikulumları üzrə dərin biliklər.
• Müasir tədris metodları və texnologiyalardan istifadə üzrə məlumatlılıq.
• Şagirdlərin inkişafını izləmək və akademik göstəriciləri artırmaq üzrə strategiyalar hazırlamaq.
• Əla səviyyədə ingilis dili biliyi (yazılı və şifahi).
• Valideynlər, müəllimlər və xarici tərəfdaşlarla effektiv əlaqə qurmaq bacarığı.
• Resursların idarə olunması və büdcə planlaşdırmasında bacarıq.
• Yüksək etik standartlara və peşəkar davranışa malik olmaq.
• Təhsil sahəsində müasir trendləri izləmək və onları məktəb mühitinə tətbiq etmək bacarığı.

📩 Uyğun namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

30/11/2024

🎥 II Təhsil Menecerləri Forumunun təşkilatçılarından biri: Azərbaycan Televiziyası (AzTV)!

Azərbaycanın ilk milli televiziya kanalı olan Azərbaycan Televiziyası (AzTV), 1956-cı ildə yaradılmış və yarandığı gündən cəmiyyətin maariflənməsi və məlumatlandırılmasında mühüm rol oynamışdır. 📺

💡 Yerli və beynəlxalq xəbərlərin yayımlanması, təhsil və mədəniyyət sahəsində maarifləndirici proqramların hazırlanması, milli-mənəvi dəyərlərin təbliği və qorunması, gənclərin maarifləndirilməsi üçün xüsusi layihələrin icrası onun əsas iş prinsipidir.

🎓 AzTV təhsilin inkişafı üçün müxtəlif təlim proqramları, təhsil islahatlarını işıqlandıran yayımlar və maarifləndirici verilişlərlə cəmiyyətin bilik səviyyəsinin yüksəlməsinə dəstək verir. Təhsil sahəsindəki yenilikləri işıqlandıraraq geniş auditoriyaya çatdırır.

✨ AzTV-yə II Təhsil Menecerləri Forumunun təşkilində göstərdiyi dəstəyə görə təşəkkür edirik. Birlikdə təhsilin və maarifçiliyin gücünü bir addım irəli daşıyırıq!

29/11/2024

🍰 II Təhsil Menecerləri Forumunun sponsoru "Alba Cake"!

Ən dadlı təamlarla ən özəl anlarınızda sizinlə olan "Alba Cake" forumun sponsoru olaraq bu dəfə təhsilin inkişafına dəstək olur! 💡

🎂 Süfrənizi "Alba Cake" məhsulları ilə rəngləndirin və hər dilimdə dadın və keyfiyyətin mükəmməl harmoniyasını yaşayın.

Təhsilə verdikləri dəstək və forumun təşkilində göstərdikləri töhfəyə görə "Alba Cake"ə dərin təşəkkürümüzü bildiririk. 💛

29/11/2024

🎬 II Təhsil Menecerləri Forumu – Təhsil dünyasının liderləri ilə görüşün!

Təhsildə innovasiya, rəqəmsallaşma və davamlı inkişaf – gələcəyi necə formalaşdıraq?
Bu və daha bir çox vacib sualın cavabı II Təhsil Menecerləri Forumunda sizi gözləyir. Təhsil idarəçiliyi və innovativ yanaşmalar sahəsində əvəzsiz təcrübələri paylaşacaq yerli və xarici mütəxəssislərlə bir araya gəlin!

🔹 Forumun Mövzuları:
• Təhsil sahəsində islahatlar;
• Təcrübədə innovativ idarəetmə;
• Rəqəmsal əsrdə innovativ öyrənmə metodları;
• Təhsil idarəetməsində rəqəmsal, texnoloji və ekoloji məsuliyyətlər;
• Təhsildə rəqəmsal inteqrasiya və məlumatların təhlili: Süni intellekt;
• Məktəb idarəetməsində yaşıl təcrübə.

🎯 Forum Sizə Nə vəd edir?
- Təhsil dünyasının peşəkarları ilə canlı ünsiyyət və təcrübə mübadiləsi;
- İnnovativ idarəetmə və strateji yanaşmalar haqqında dəyərli biliklər;
- Davamlı inkişafın təmin edilməsi üçün praktik nümunələr;
- Rəqəmsal və ekoloji həllərin təhsildə tətbiq yolları;
- Rəsmi Sertifikat!

👥 Kimlər iştirak edə bilər?
Təhsil sahəsində çalışan rəhbərlər, müəllimlər, mütəxəssislər, təhsil təşkilatlarının nümayəndələri və sahəyə maraq göstərən hər kəs.

🔗 Hələ də qoşulmamısınız? Öz yerinizi indi təmin edin və təhsilin gələcəyinə birgə addımlayaq!

📅 Tarix: 14 dekabr
📍 Məkan: Azərbaycan Dövlət Pedaqoji Universiteti

🌱 Bu fürsəti qaçırmayın – sizinlə birlikdə ideal təhsil mühitini birgə quraq!

☎️ Əlaqə:
+994 77 220 44 22

28/11/2024

🤝 II Təhsil Menecerləri Forumunun rəsmi tərəfdaşı: MÜSİAD Azərbaycan!

Fəaliyyəti ilə iqtisadi və sosial inkişafa töhfə verən MÜSİAD Azərbaycan Formun rəsmi tərəfdaşı olaraq təhsilin inkişafına dəstəyini nümayiş etdirir. 🌟

💼 2019-cu ildən fəaliyyət göstərən bu platforma yerli və xarici iş adamlarını bir araya gətirərək iqtisadi əməkdaşlığı təşviq edir. Bununla yanaşı, sosial məsuliyyət layihələri və təhsilin inkişafı üçün müxtəlif təşəbbüslərlə seçilir.

Tərəfdaşlığınız və dəyərli dəstəyiniz üçün təşəkkür edirik! Birlikdə təhsilin gələcəyini formalaşdırırıq. 💡

21/11/2024

Mert Dogan və Ulaş Nezir "Təhsildə rəqəmsal inteqrasiya və məlumatların təhlili: Süni intellekt"

SERCE Akademi Rəqəmsal Təhsil Platformasının quruları II Təhsil Menecerləri Forumunda "Təhsildə rəqəmsal inteqrasiya və məlumatların təhlili: Süni intellekt" mövzusunda çıxış edəcəklər. Süni intellektin texnologiyaları vasitəsilə şagirdlərin öyrənmə tərzləri analiz edilərək fərdi yanaşma təqdim olunması və tədris prosesinin keyfiyyəti artırılması mövzusunda müzakirələr aparılacaq. Bununla yanaşı, böyük həcmli məlumatların təhlili müəllimlərə təhsil strategiyalarını daha dəqiq planlaşdırmağın yollarından bəhs olunacaq.
Mert Doğan və Ulaş Nezir təhsil texnologiyaları sahəsində innovativ həllər təqdim edən "SERCE" Akademi Rəqəmsal Təhsil Platformasının qurucu ortaqdırlar. 2014-cü ildə universitetdə təhsil alarkən təməlini qoyduqları "SERCE" Akademi 2023-cü ildə 130.000 şagirdə xidmət göstərmişdir.

Mert Doğanın rəhbərliyi ilə hazırlanmış "E12", "EduTalkinn" və "English Journeys" kimi innovativ məhsullar 2024-cü ilin sonuna qədər yarım milyon istifadəçiyə çatmışdır. Hazırda SERCE Akademinin aktiv istifadəçi sayı 450.000-dir. Qurucu ortaq olaraq Mert Doğan və Ulaş Nezir, 2030-cu ilə qədər rəqəmsal təhsili 5 milyon istifadəçiyə çatdırmağı və təhsildə bərabərlik yaratmağı qarşılarına məqsəd qoyublar.

Ulaş Nezir mühəndislik dizaynı, STEAM, robototexnika və kodlaşdırma kimi K-12 səviyyəsində təhsil sahələrini dəstəkləyən işləri ilə SERCE Akademini milli bir brendə çevirmişdir. 2021-ci ildə Avropa İttifaqı Şurası və Microsoft-un dəstəyi ilə təşkil edilən "All Digital Awards" müsabiqəsində “Ən Yaxşı e-Fasilitator” kateqoriyasında finalçı olmuşdur.

Bu gün "SERCE" Akademi 15 ölkədə 3 dildə xidmət göstərən qlobal təhsil platforması kimi fəaliyyət göstərərək təhsil texnologiyaları sahəsində aparıcı layihələr həyata keçirməyə davam edir.

Ümumilikdə 3 panel və 16 spikerin çıxış edəcəyi II Təhsil Menecerləri Forumu təcrübələrlə dolu və unudulmaz olacaq.

📍Məkan: Azərbaycan Dövlət Pedaqoji Universiteti

🌟 "Yaşıl təhsil" deyib yola çıxırıq, siz də bizə qoşulun, ideal təhsil mühitini birgə quraq!

📩 Ətraflı məlumat əldə etmək üçün rəy bölməsinə “Forum” yaza bilərsiniz.

Əlaqə:
☎️ +994 77 220 44 22

Want your school to be the top-listed School/college in Agdam?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Agdam

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 14:00