01/06/2026
Ağdam rayon 45 nömrəli tam orta məktəb
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ağdam rayon 45 nömrəli tam orta məktəb, Education, Agdam.
01/06/2026
05/05/2026
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun media üçün brifinqi keçirilib
Aprelin 28-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media nümayəndələri üçün keçirdiyi brifinqdə cari tədris ili üzrə qəbul prosesləri, rəqəmsallaşma, təhsilverənlərin sertifikatlaşdırılması prosesi və məktəblərdə təhlükəsizlik tədbirləri ilə bağlı məlumatları ictimaiyyətə təqdim edib.
Agentlik direktoru aşağıdakı mövzularda açıqlamalar verib:
• I sinfə qəbul qaydaları və qəbul tarixləri
• Məktəbəqədər təhsildə əhatəliliyin artırılması və valideyn-dövlət-özəl tərəfdaşlığı modeli
• IV və VI sinif şagirdləri üçün monitorinqlərin keçirilmə vaxtı
• Məktəbəqədər və ümumi təhsil sahəsində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin keçirilmə tarixləri, əhatə dairəsi və əməkhaqqı artımı
• Direktorların və direktor müavinlərinin işə qəbulunda yeni meyarlar
• MİQ müsabiqəsinin keçirilmə vaxtı, ödənişli iştirak mexanizmi və sosial güzəştlər
• "Rəqəmsal məktəb" platformasının genişləndirilməsi
• Məzunlar üçün attestatların onlayn əldə olunma imkanları
• Valideyn-məktəb əməkdaşlığının gücləndirilməsi istiqamətində aparılan məmnuniyyət sorğuları
• Şagird intizam qaydaları, virtual kart sisteminin statistikası və məktəblərdə təhlükəsizlik monitorinqləri
Sonda media nümayəndələrinin sualları cavablandırılıb və qaldırılan məsələlər ətrafında geniş müzakirələr aparılıb.
05/05/2026
05/05/2026
📌 2026-2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sualların cavabı
🔗Ətraflı : https://shorturl.at/JigdB
05/05/2026
“Təhsil haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilib.
Müvafiq dəyişikliyə əsasən, Azərbaycan Respublikasının dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan və minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladları ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları halda onların təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Ətraflı: https://president.az/az/articles/view/72295
29/04/2026
Ağdam rayon 45 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdlərinin buraxılış imtahanının nəticələri. Hər birinə uğurlar arzulayırıq.
22/04/2026
Uğurlar
Click here to claim your Sponsored Listing.