26/12/2025
🇦🇿"Dünya azərbaycanlılarının uğurları və həmrəyliyi"🇦🇿
25 dekabr tarixində məktəbimizdə milli kimlik, vətənpərvərlik, və həmrəylik anlayışlarını möhkəmləndirmək məqsədi ilə "Dünya azərbaycanlılarının uğurları və həmrəyliyi" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının himni başlayıb,məktəbin direktoru Günel İbrahimovanın və tarix müəlliməsi Fatimə Sadıqovanın dünya azərbaycanlılarının əhəmiyyəti ilə bağlı çıxışları ilə davam etdi. Daha sonra mövzu ilə bağlı videoçarxa baxıldı. Dünya xəritəsindən bir ölkə seçən şagirdlər qruplara bölünərək seçilmiş ölkədə yaşayan və ya fəaliyyət göstərən tanınmış azərbaycanlıların həyatı, fəaliyyəti və əldə etdikləri nailiyyətlər barədə məlumat toplayib təqdimat etdi. Məqsəd dünya azərbaycanlıları haqqında dolğun məlumat etmək, milli kimlik və birlik hissini gücləndirmək, şagirdlərdə araşdırma və təqdimat bacarıqlarını inkişaf etdirməkdir.