Goranboy Peşə Məktəbi

Goranboy Peşə Məktəbi

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Goranboy Peşə Məktəbi, Education, .

Operating as usual

23/08/2023

📢 Peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi ustalarının işə qəbulu imtahanında iştirak edəcək şəxslərin nəzərinə.

23/08/2023

📢 Peşə təhsil müəssisələrinə qəbul olunan müraciətçilərin nəzərinə!

22/08/2023

📢 Peşə təhsil müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlanıb.

📌 Müsabiqədə iştirak edən şəxslərin mobil telefonlarına nəticə barədə SMS göndərilib.

ℹ️ Peşə təhsil müəssisələrinə qəbul olan şəxslər qəbul olunduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatları https://portal.edu.az/ platformasındakı “şəxsi kabinet” bölümündən əldə edə bilərlər.

🔗Ətraflı: https://vet.edu.az/news/content/1000/inner

Photos from Goranboy Peşə Məktəbi's post 22/08/2023

📢 Peşə Təhsili üzrə Dövlət Agentliyi və “PMD Hospilaty” MMC (PMDH) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

📌 Turizm və xidmət sektoru istiqamətdə birgə əməkdaşlıq peşə təhsil müəssisələrinin real iş təcrübəsinə əsaslanan kadr hazırlığına dəstək göstərəcək.

🔗 Ətraflı: https://vet.edu.az/news/content/999/inner

22/08/2023

📢 Peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi ustalarının işə qəbulunun müraciət mərhələsi başa çatıb.

📌 Müraciət edən 2519 namizəddən 1962 nəfər imtahan mərhələsinə buraxılıb.

📌Ərizələri təsdiq edilmiş namizədlərə test imtahanı haqqında ətraflı məlumat gün ərzində göndəriləcək.

✅ Qeyd edək ki, imtahanda həm peşə təhsil müəssisələrinə, həm də peşə təmayüllü sinflərə müraciət edən şəxslər hər iki vakansiya üzrə dəyərləndiriləcəklər.

Photos from Goranboy Peşə Məktəbi's post 17/08/2023

📢 2023/2024-cü tədris ili üzrə dual peşə təhsil proqramına müraciət edən namizədlərin müsahibəsi davam edir.

📌 Müsahibə işəgötürən təşkilatlar və peşə təhsil müəssisəsilərinin nümayəndələrinin iştirakı ilə namizədin ixtisasa marağının, səriştə və motivasiyasının ölçülməsi məqsədilə təşkil olunub.

✅ Qeyd edək ki, dual təhsil proqramı tələbənin tədris ili boyunca peşə təhsil müəssisələrində nəzəri biliklərlə yanaşı, qabaqcıl işəgötürən müəsissələrdə praktik bacarıqları real iş mühitində əldə etməsini təmin edən təhsil proqramdır.

15/08/2023

📢2023–2024-cü tədris ili üçün peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işә qәbulu davam edir.

⏳Peşə təhsili müəssisələrində çalışmaq istəyən şəxslər avqustun 21-dək portal.edu.az vasitəsilə qeydiyyatdan keçməlidirlər.

✅Müsabiqə elektron әrizәlәrin qәbulu və vakant yerlərin seçilməsi, təqdim edilən mәlumatların uyğunluğunun müvafiq komissiya tәrәfindәn yoxlanılması, test imtahanı mərhələlərindən ibarətdir.

Müsabiqədə kimlər iştirak edə bilərlər❓

Ətraflı: https://vet.edu.az/news/content/996/inner

11/08/2023

📢 11 avqust 18:00-dan etibarən 2023/2024-cü tədris ili üçün peşə təhsil müəssisələrinə tələbə qəbulu prosesinə yekun vurulub. Tələbə qəbulunun I mərhələsində müraciət edənlərin sayı 24000 nəfəri ötüb.

🔗 Ətraflı: https://vet.edu.az/news/content/997/inner

11/08/2023

📢 Qeydiyyatın son günü peşə təhsili almaq üçün müraciət edənlərin sayı 24000 nəfərə çatıb.

📌 Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi Nəriman Kərimli ARB 24 televiziyasına müsahibəsində, həmçinin peşə təhsil müəssisələrinə müəllimlərin işə qəbul müsabiqəsi haqqında da məlumat verilib.

11/08/2023

📢 Peşə təhsil müəssisələrinə tələbə qəbulu bu gün saat 18:00-da başa çatır.

🕐 Son müraciət tarixi: 11 avqust, saat 18:00
🔗 Qeydiyyat linki: http://portal.edu.az/
🔗 Qəbul planı: https://rb.gy/lsk5z

10/08/2023

📍 Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

🔹 28 ixtisas;
🔹 1000 nəfər tələbə tutumu;
🔹 7 emalatxana;
🔹 yataqxana.

🕐 Son müraciət tarixi: 11 avqust
🔗 Qeydiyyat linki: http://portal.edu.az/
🔗 Qəbul planı: https://rb.gy/lsk5z

Photos from Goranboy Peşə Məktəbi's post 10/08/2023

📢 Peşə təhsil müəssisələrinə tələbə qəbulu ilə əlaqədar olaraq Gəncə və Cəlilabadda kampaniyasına start verilib.

UNDP Azerbaijan
Delegation of the European Union to Azerbaijan

10/08/2023

📢 Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən Ceyhun Kərəmov İctimai Televiziyanın (İctimai TV) “Diqqət mərkəzi” proqramında dövlətin peşə təhsili siyasəti, bu sahədəki mövcud vəziyyət və gələcək çağırışlar haqqında danışıb.

Photos from Goranboy Peşə Məktəbi's post 09/08/2023

📢 Təhsil tələbə krediti peşə təhsilini hər kəs üçün daha əlçatan edir.

📌 Texniki peşə təhsili səviyyəsi üzrə sosial və standart təhsil tələbə kreditinin hesablanma qaydasını təqdim edirik.

Təhsil Tələbə Krediti Fondu

09/08/2023

📢 28 iyul- 9 avqust tarixlərində peşə təhsili almaq üçün müraciət edənlərin sayı 19000-dən çox olub.

🕐 Son müraciət tarixi: 11 avqust
🔗 Qeydiyyat linki: http://portal.edu.az/
🔗 Qəbul planı: https://rb.gy/lsk5z

Photos from Goranboy Peşə Məktəbi's post 08/08/2023
08/08/2023

📢 Peşə Təhsili üzrə Dövlət Agentliyin nümayəndəsi Nigar İsmayılzadə CBC TV-də yayımlanan "Azərbaycan və BMT: Davamalı inkişaf məqsədləri yolunda" proqramında Avropa İttifaqı (Delegation of the European Union to Azerbaijan) tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı (UNDP Azerbaijan) tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi” layihəsinin Azərbaycanda peşə təhsilinin müasirləşdirilməsi və rəqəmsallaşdırılması istiqamətində yaratdığı yeni fürsətlər haqqında danışıb.

Photos from Goranboy Peşə Məktəbi's post 07/08/2023

📢 Bakı metropoliteninin stansiyalarında peşə təhsilinin təşviqatına start verilib.

📌 Peşə təhsil müəssisələrinə tələbə qəbulu prosesinə dəstək, həmçinin gənclər arasında bu təhsil pilləsinin təşviqi məqsədilə Bakı metropoliteninin stansiyalarında müxtəlif peşələri özündə əks etdirən lövhələr quraşdırılıb.

🔗 Ətraflı: https://vet.edu.az/news/content/994/inner

Peşə Təhsili üzrə Dövlət Agentliyi 07/08/2023

Peşə Təhsili üzrə Dövlət Agentliyi Peşə təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən, peşə təhsili müəssisələrinin fəaliyyətini təşkil edən icra hakimiyyəti orqanıdır

04/08/2023

🎓 2023-2024-cü tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbuluna start verilir.

📌 Tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 128 ixtisas olmaqla 25420 yer üzrə aparılacaq.
🕐 Son müraciət tarixi: 11 avqust
🔗 Qeydiyyat linki: http://portal.edu.az/
🔗 Qəbul planı: https://rb.gy/lsk5z
🔗 Ətraflı: https://vet.edu.az/news/content/990/inner

04/08/2023

📢 Yataqxana infrastrukturuna malik Peşə təhsil müəssisələrinin siyahısını diqqətinizə çatdırırıq.

🏣 Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
🏣 İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi
🏣 Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi
🏣 Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi
🏣 Quba Peşə Liseyi
🏣 Bərdə Peşə Liseyi
🏣 Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi

03/08/2023

📢 Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Dual peşə təhsil proqramı üzrə tələbə qəbulu elan edir.

🎓 deyirsənsə müraciət et!

🕐 Son müraciət tarixi: 11 avqust
🔗 Qeydiyyat linki: http://portal.edu.az/
🔗 Qəbul planı: https://rb.gy/lsk5z

Photos from Goranboy Peşə Məktəbi's post 03/08/2023

Goranboy Peşə Məktəbi 2023/24cü tədris ilinə aşağıdakı ixtisaslar üzrə tələbə qəbulu elan edir:

Photos from Goranboy Peşə Məktəbi's post 03/08/2023

Goranboy Peşə Məktəbi (Xocalı filialı) 2023/24cü tədris ilinə aşağıdakı ixtisaslar üzrə tələbə qəbulu elan edir:

03/08/2023

📢 Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan inklüziv şərait sağlamlıq imkanları məhdud şəxslər üçün peşə təhsilini daha da əlçatan edir.

02/08/2023

📢 Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi– Beynəlxalq təhsil standartlarına əsaslanan, qlobal sənaye ehtiyaclarına uyğun rəqabətqabiliyyətli kadr hazırlığını həyata keçirən peşə təhsili müəssisəsidir.

🕐 Son müraciət tarixi: 11 avqust
🔗 Qeydiyyat linki: http://portal.edu.az/
🔗 Qəbul planı: https://rb.gy/lsk5z

02/08/2023

📢 Saytımız yeniləndi!

🔗 Yeni web ünvanımız: https://vet.edu.az/
✅ Sayta daxil olaraq sizi maraqlandıran suallara cavab tapa və son yeniliklər haqqında məlumat əldə edə bilərsiniz.

Telephone

Website

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00