04/05/2016
Lənkəran Dövlət Humanitar Kollecində Azərbaycan xalqının ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN anadan olmasının 93-cü il dönümünün yüksək səviyyədə qeyd olunması ilə əlaqədar tədbirlər planı təsdiq edildi. Bu barədə verilən əmrlə tərbiyyə işləru üzrə direktor müavini Ülviyyə Rzayeva, İnzibati-təsərrüfat işləri üzrə direktor müavini Mahmud Məmmədova və tədbirlər planında icraya məsul şəxslərə tapşırıldı ki, nəzərdə tutulan bütün tədbirləri vaxtında və yüksək səviyyədə həyata keçirilməsini təmin etsinlər.
Lənkəran Dövlət Humanitar Kollecinin tədbirlər planına əsasən kollecin foyesində ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN anadan olmasının 93-cü il dönümünə həsr edilmiş tələbələrin əl işlərindən və çəkdikləri rəsm əsərlərindən ibarət sərgi təşkil edildi. Kollecdə tələbələr arasında ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN həyat və fəaliyyətinə həsr edilmiş inşa-yazı müsabiqəsinin keçirilməsinə də artıq 02 may tarixindən start verildi. Tədbirlər planınnın növbəti bəndinə əsasən 06 may 20016-cı il tarixində Kollecdə ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN həyat və fəaliyyətinə həsr edilmiş tədbirin keçirilməsi nəzərdə tutulub və bununla əlaqədar hazırlıq işlərinə başlanılıb. 10 may 2016-cı il tarixində kollecdə ilk dərsin Azərbaycan Xalqının ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN həyat və fəaliyyətinə həsr edilməsi tədbirlər planının növbəti bəndində əksuni tapır. Kollecin internet səhifəsində (www.ldhk.edu.az) ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN həyat və fəaliyyətini əks etdirən foto və video materiallar yerləşdirməkda tədbirlər planında sayta məsul şəxsə tapşırılıb. Ulu Öndərin 93-cü il dönümünə həsr edilmiş tədbirlər sırasında 500-ə yaxın gül kollarının, çiçəklərin və ağacların əkilməsi xüsusi yer alır.
29/04/2016
“Yaz həyəti” layihəsi davam edir
“Yaz həyəti” layihəsi davam edir
Respublikamızın digər təhsil müəssisələrində olduğu kimi Lənkəran Dövlət Humanitar Kollecində də “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələri yerinə yetirmək və tələbələrin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədilə ca…
29/04/2016
Futzal üzrə Respublika birinciliyi çərçivəsində növbəti yarışlar Şirvan şəhərində keçirilib
Futzal üzrə Respublika birinciliyi çərçivəsində növbəti yarışlar Şirvan şəhərində keçirilib
Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə Respublika birinciliyi davam edir. 40-a yaxın komandanın qatıldığı Respublika birinciliyi AFFA, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirlikləri, Futzal Futbol Federasiyasının də…
29/04/2016
Tələbələr Pedaqoji Təcrübədə
Tələbələr Pedaqoji Təcrübədə
29/04/2016
Pedaqoji Şuranın növbəti iclası keçirildi
Pedaqoji Şuranın növbəti iclası keçirildi
22.04.2016-ci il tarixində Lənkəran Dövlət Humanitar Kollecinin Pedaqoji Şurasının növbəti genişləndirilmiş iclası keçirildi. İclası şuranın sədri, kollecin direktoru Ruslan Həmidov açaraq iştirakçıları gündəlikdə duran məsələlərlə tanış etdi: 1.Pedaqoji Şura iclaslarında qəbul edilmiş qərarların i…
29/04/2016
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olundu
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olundu
Aprelin 18-i bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün 1983-cü ildə UNESCO-nun yanında Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının Beynəlxalq Assambleyası tərəfindən təsis olunmuşdur. Bu məqsədlə 15.04.2016 ci ildə Lənkəran Dövlət Humanitar Koll…
18/04/2016
Aprelin 18-i bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün 1983-cü ildə UNESCO-nun yanında Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının Beynəlxalq Assambleyası tərəfindən təsis olunmuşdur. Bu məqsədlə 15.04.2016 ci ildə Lənkəran Dövlət Humanitar Kollecinin Tələbə Gənclər Təşkilatı, Lənkəran Şəhər Gənclər və İdman idarəsi və Muzey rəhbərliyi tərəfindən Lənkəran Diyarşünaslıq Müzeyində birgə tədbir kecirildi. Lənkəran Dövlət Humanitar Kollecinin müəllim və tələbə heyyəti muzeylə daha yaxından tanış oldular. Tədbirin əsas məqsədi tələbə və müəllimlərin diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltmək idi.
Tələbələrimizə bir daha bildirildi ki, abidələr və tarixi yerlərimizin məhv olmaq təhlükəsi ölkəmizdən də yan ötməmişdir. Torpaqlarımızın 20 faizini işğal etmiş erməni hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıtmışlar. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli – 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi qalmışdır. Həmçinin bu ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri qalmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində böyük işlər həyata keçirir.
Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın böyük zəhməti və gərgin çalışması nəticəsində İçərişəhər memarlıq kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.
Hazırda digər tarixi yerlər və abidələrimizin də bu siyahıya daxil edilməsi istiqamətində böyük işlər aparılır.
Azərbaycan Respublikası Nazirlər kabinetinin 2 avqust 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında Qobustan qoruğunda 1067 sayda dünya əhəmiyyətli, “İçərişəhər” tarix-memarlıq qoruğunda 3 dünya, 93 ölkə, 2568 yerli əhəmiyyətli, “Qala” tarix-etnoqrafiya qoruğunda 7 ölkə, 234 yerli, “Nardaran” tarix mədəniyyət qoruğunda 1 dünya, 5 ölkə, 7 yerli, “Atəşgah” tarix-memarlıq qoruğunda 1 dünya əhəmiyyətli tarixi abidə qeydə alınmışdır. Son illər ərazidə 1505 ədəd yeni abidə aşkar olunmuşdur. Tariximizin təcəssümü olan bu abidələr turizm baxımından da böyük əhəmiyyət daşıyır.
Məhz ölkə rəhbərliyinin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir.
18/04/2016
15.04.2016 cı il tarixində Lənkəran Dövlət Humanitar Kollecində Qarabağ müharibəsi veteranları və şəhid ailələri ilə görüş keçirildi. “Torpaq uğrunda ölən varsa, vətəndir” adlı bu tədbir Lənkəran Dövlət Humanitar Kolleci, Lənkəran Şəhər İcra Hakimiyyəti və Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Lənkəran rayon şöbəsinin birgə təşkilatçılığı ilə keçirildi. Azərbaycan Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Lənkəran rayon şöbəsinin sədri Əbülfəz Əliyev, Şəhid Milli Qəhrəman Əsgər Əliyevin atası Hacı Ələkbər Əliyev, Əfqanıstan Veteranları İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədri Fəxrəddin Hüseyn, Azərbaycan Vətən Müharibəsi veteranlarıİctimai Birliyinin Zona üzrə nümayəndəsi Əlişəfa Ağayev, Qarabağ Müharibəsi Veteranı Zaur Əhmədov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev, Lənkəran Şəhər İcra Hakimiyyətinin baş məsləhətçiləri Cavad Miriyev və Könül Manafova Lənkəran Dövlət Humanitar Kollecinin müəllim və tələbə heyyətinin qonaqları oldu. Mərasimdə humanitar kollecin müəllim və tələbələri ilə yanaşı müharibə veteranları və Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri iştirak edirdi. Tədbirin əsas məqsədi tələbələrə şəhid həmyerlilərimiz haqqında ətraflı məlumat verməklə milli vətənpərvərlik tərbiyələrinin daha da gücləndirilməsi idi.
Tədbir torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Açılış nitqi ilə kollecin direktoru r.ü.f.d.Ruslan Həmidov çıxış edərək bildirdi ki, Qarabağ müharibəsi veteranlarının və şəhid ailələrinin tələbələrlə görüşməsi, onların səmimi fikirlərinin dinlənilməsi yetişməkdə olan gəncliyimizin vətənpərvərlik, dövlətçilik ideyaları ilə inkişaf etməsi baxımından daha təsirlidir. Kollecin İqtisadiyyat və İdarəetmə Fənn Birləşməsinin sədri Qətilə Şükürova, Lənkəran Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Könül Manafova çıxışlarında son günlər təmas xəttində Ermənistan silahlı birləşmələrinin təxribat əməllərinə silahlı qüvvələrimizin layiqli cavabı Ali Baş Komandan Möhtərəm İlham Əliyevin, Azərbaycan Ordusunun, Azərbaycan dövlətinin qüdrətinin təntənəsi olduğunu bildirdi. Daha sonra Milli Qəhrəman Əsgər Əliyevin atası Hacı Ələkbər Əliyev qeyd etdi ki, torpaq uğrunda ölən şəhidlərimizin qisası heç vaxt düşməndə qalmayacaq. Ordumuz tez bir zamanda Ali Baş Komandanın göstərişi ilə Dağlıq Qarabağı işğaldan azad edəcək. Daha sonra Azərbaycan Vətən Müharibəsi İctimai Birliyinin zona üzrə nümayəndəsi Əlisafa Ağayev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Lənkəran rayon Şöbəsinin sədri Əbülfət Əliyev, Əfqanıstan Veteranları İctimai Birliyinin Lənkəran Rayon Şöbəsinin sədri Fəxrəddin Hüseyn, Qarabağ müharibəsi veteranı Zaur Əhmədov və digər tədbir iştirakçıları çıxış edərək gənclərə keçdikləri döyüş yollarından danışdılar. Qeyd olundu ki, Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş hər bir əsgərimizin valideyni öz övladı ilə fəxr edir. Sonda xatirə şəkli çəkildi.
07/04/2016
Böyük ruh yüksəkliyində olan Lənkəran Dövlət Humanitar Kollecinin tələbə və müəllim kollektivi Ermənilərin cəbhə xəttində törətdiyi təxribatlar nəticəsində şəhid olanların ruhuna ehtiram və ordumuza cəbhədəki uğurlu əməliyyatlarına dəstək məqsədilə 06.04.2016-cı il tarixində tədbir keçirtdi.
Tədbir Azərbaycan himni ilə başladı. Ermənilərin cəbhə xəttində törətdiyi təxribatlar nəticəsində şəhid olanların ruhuna ehtiram əlaməti olaraq Şəhidlərimizin ruhu bir dəqiqəlik sükütla yad edildi. Sonra kollecin direktoru Ruslan Həmidov qürurla bildirdi ki, rəşadətli Azərbaycan ordusu işğal olunmuş torpaqları azad etməyə qadir olduğunu və buna hər an hazır olduğunu bütün dünyaya göstərdi. Bu münasibətlə xalqımızı təbrik edərək Azərbaycan kəndlərini, yaşayış məntəqələrini, hərbi mövqelərimizi şiddətli atəşə tutan Ermənistanin hərbi qüvvələrinə cavab olaraq Azərbaycan ordusunun son günlərdə düşmənə sarsıdıcı zərbələr vurduğunu, Azərbaycanın işğalda olan bir neçə yüksəklikliyi ordumuz tərəfindən azad edildiyi və bununla böyük qürur hissi keçirdiyini bildirdi. Direktor Ruslan Həmidov qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan, bu gün isə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Möhtərəm İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində qurulan güclü ordumuzun qəhrəmanlıqları Azərbaycanı günü gündən qələbəyə aparır.
07/04/2016
31.03.2016 ci ildə Lənkəran Dövlət Humanitar Kollecinin çoxsaylı müəllim, əməkdaş və tələbə heyyəti Lənkəran şəhərindəki 31 mart faciesinin qurbanlarının abidəsi önündə tər qərənfillər qoyaraq onları yad etdilər.
07/04/2016
17.03.2015 – ci il tarixində Lənkəran Dövlət Humanitar Kollecində Novruz bayramı ilə bağlı tədbir keçirildi. Kollecin direktoru Ruslan Həmidov tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edərək, ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN bayramın dövlət səviyyəsində qeyd olunması məqsədi ilə atdığı mütərəqqi addımları xatırlatdı. Direktor bayramın tarixi kökləri, özünəməxsusluğu, o cümlədən, ilaxır çərşənbə hesab olunan torpaq çərşənbəsinin xüsusiyyətlərindən danışdı. Novruzun birlik, qardaşlıq bayramı olduğunu deyən direktor Ruslan Həmidov onu sülh, mənəvi saflıq, barışıq, təbiətin oyanışı kimi xarakterizə etdi.
Kollecin həyətində möhtəşəm Novruz tonqalı alovlandırıldı, tələbələr tonqal ətrafında dövrə vurdular “yallı” rəqsini ifa edib, maraqlı konsert proqramı ilə çıxışlar etdilər.
Daha sonra kollecin müəllim və tələbə heyyəti birlikdə O.Mirzəyev adına qarışıq tipli uşaq evinə baş cəkdilər. Tələbələr tərəfindən hazırlanmış bayram xonçaları uşaqların bayram sevincini qat-qat artırdı. Uşaqlar Novruz Bayramında onlar üçün hazırlanmış bayram süfrəsinə əyləşdilər. Tədbirdə kollecin musiqi şöbəsinin tələbələri bir-birindən gözəl mahnı və rəqslər ifa etdilər. İştirak edən qonaqlar uşaqları Novruz Bayramı münasibətilə təbrik etdilər, onlara daim bahar təravətli, sağlam və xoşbəxt olmağı arzuladılar.